Qeyd olunub ki, UN-Habitat ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhərinkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
“Bu gün Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə daha bir səmərəli görüş keçirdik”. Ajans.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial hesabında paylaşıb.