Futzal millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.Metbuat.az-ın məlumatına görə, yığma A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.