BAKI, 4 noyabr. TELEQRAF
Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut X-də paylaşım edib.
Səfir bildirib ki, müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olub:
O qeyd edub ki, Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycana səfər ediblər.