Avropa İttifaqına 2030-cu ilə qədər yeni ölkələr qoşula bilər. Ajans.az xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. "2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla, yeni ölkələr Avropa İttifaqına (Aİ) qoşula bilərlər", - deyə Kallas bildirib.
O, əlavə edib ki, Ukraynanın Aİ-yə üzv olması həm də onun təhlükəsizliyi üçün vacib təminat rolunu oynamalıdır.