AZ

Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri bəlli olub

Qadın futbolçulardan ibarət milli komandalar arasında 2027-ci il dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.

AFFA-dan 90deqiqe.Az-a bildirilib ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə, C liqasında mübarizə aparacaq Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.

Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra seçmələrinə rəqib olub.

DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Seçilən
23
19
90deqiqe.az

10Mənbələr