BAKI, 4 noyabr. TELEQRAF
Daşkəsən şəhərində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Daşkəsən şəhərində ümumi sahəsi 580 m² (hər mərtəbəsi 290 m²) olan ikimərtəbəli kitabxananın 2-ci mərtəbəsində bir otağın tavanı 24 m² sahədə qismən yanıb.
Kitabxananın qalan hissəsi yağından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.