AZ

“Əli Həsənov deyirdi ki, Anar hamımızı YAP a qoşur, axırımız nə olacaq? ” Sabiq deputatdan ŞOK AÇIQLAMALAR

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“2006-cı ildə məni Prezidentin tapşırığı ilə çağırdılar Prezident Aparatına, Zeynal Nağdəliyevlə görüşdüm, vəzifələr müzakirə olundu. Deputatlıqdan bir il sonra idi. Zeynal müəllim mənə dedi ki, səni özümüz çağırmamışıq, Prezidentin tapşırığı ilə çağırmışıq. Vəzifələr sadalandı, dedilər bir həftəyə sənin sərəncamın gedir. Bir həftə oldu bir ay, iki ay.  Sonra zəng vurdum Ramiz Mehdiyevə. Mənə dedi ki, zəng vurdum Vasif Talıbova, dedim Anara vəzifə veririk, o da dedi saxla, deyərəm. Qısası, Talıbov-Ramiz Mehdiyev cütlüyü yolumu kəsdi”.Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin II çağırış deputatı, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun köməkçisi çalışmış Anar Axundzadə deyib. O bildirib ki, Vasif Talıbov və Ramiz Mehdiyev onun vəzifəyə gəlməsinə imkan verməyiblər:“Özü də mən onun köməkçisi olmuşam, münasibətimiz pis olmayıb. Sadəcə onların təfəkkürü o idi ki, sən bizim başımızın üstündən necə vəzifəyə gedə bilərsən? Mən Vasif Talıbovun bacısı oğlu olmamışam ki. Mən 18 yaşımdan Heydər Əliyevin yanında olmuşam, sonra da İlham Əliyevin yolunda olmuşam. Nə isə mənə belə bir tələ qurdular, yolumu kəsdilər və 10 il məni işsiz saxladılar. Sonra öyrəndim ki, yalandan gedib Prezidentə deyiblər ki, bəs Prezident Aparatında şöbə müdirliyi təklif etdik, imtina etdi. Sonra dedim bunu biy yolla çatdıracağam, tez-tələsik məni göndərdilər Səbailə şöbə müdiri. Səbaildə də bir az Eldar Əzizovla işlədim, sonra yeni başçı gəldi, o da dedi mənim öz komandam var, öz ərizənlə getsən yaxşı olar. Mən də dedim yaxşı, gedərəm. İndi o mənim yolumu kəsənlərin heç biri yoxdur. Məndə yıxılanın dalınca danışmaq yoxdur, ona görə heç birinin haqqında danışmadım. İndi də yıxılıb deyə demirəm. Sadəcə bir adam Prezidentimizə qarşıdırsa, dövlətə xəyanət edirsə, ona Azərbaycanı sevən hər kəs qarşı çıxmalıdır.O vaxt hələ YAP yaranmamışdı, mən Heydər Əliyevin yolunda idim, Əli Həsənovun özü gəlib mənə deyirdi ki, Anar, sən bizim hamımızı həvəsləndirib bu YAP-a qoşursan, Heydər Əliyevin yaxşı savadı var, axırımız nə olacaq? İndi o gəldi PA-da şöbə müdiri oldu, milyonları yığdı altına, Prezidentə də xəyanət elədi. Mən Səbaildə işləyəndə ona dedim məni gətir PA-ya, heç onu da etmədi. Halbuki bir vaxt dalımca düşmüşdü. Bu məsələlər üçün bir İlahi ədalət var, ona görə bir Allaha sığınmışıq, bir də Prezidentimizin ədalətinə”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
demokrat.az

1Mənbələr