Bakı, 4 noyabr, AZƏRTAC
Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 min manat dəyərində məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.