Sea Breeze
2026-cı ilin əsas makroiqtisadi göstəricilərinə görə, ümumi daxili məhsul (ÜDM) 134,1 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2,9 faiz real artımı ifadə edir.Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.O bildirib ki, son beş il ərzində ÜDM nominal ifadədə 36,7 milyard manat (39,3 faiz), real ifadədə isə 19 faiz artıb.“Qeyri-neft ÜDM-i isə 101,7 milyard manat proqnozlaşdırılır və bu, 2025-ci illə müqayisədə 5 faiz real artım deməkdir. Son beş il ərzində qeyri-neft ÜDM nominal ifadədə 36 milyard manat (62,7 faiz), real ifadədə isə 34 faiz artıb”, – deyə nazir əlavə edib.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX