AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Bakıda və rayonlarda noyabrın 5-də yağış yağacağıgözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağışyağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəziyerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək.Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət80-90 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterliolacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5,gündüz 5-9 dərəcə isti olacaq.

Xəbər yenilənəcək

Seçilən
32
49
az.trend.az

10Mənbələr