AZ

Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Ərdoğanı 2026-cı ilin mayında keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün İrəvana rəsmi dəvət edib.

"Yeni Sabah" xəbər verir ki, İrəvanda "Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" forumunda iştirakçıların suallarını cavablandırarkən deyib:

"Mən Türkiyə prezidentini İrəvanda keçiriləcək ASB sammitində iştiraka rəsmi dəvət etmişəm. Ümid edirəm ki, Türkiyə prezidenti dəvəti qəbul edib iştirak edəcək". Dördpendirli pizza

Baş nazir Ermənistanın Azərbaycan və Türkiyə ilə “institusional, daimi əlaqələri” olduğunu, Ermənistanla Türkiyə arasında münasibətlərin “düzgün yolda” olduğunu bəyan edib.

"Ölkələr arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması zaman məsələsidir. Məsələ bundadır ki, buna nail olmaq üçün bizə nə qədər vaxt lazım olacaq", - Paşinyan qeyd edib.


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr