AZ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ FOTO

Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib. 

 

Sitat.info Yeni Sabah-a istinadən xəbər verir ki,  bu barədə onun yaxınları məlumat verib.

K.Abdullayev 89 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub. 

Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə isə bəraət aıb. 

Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.

Allah rəhmət eləsin!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
7
sitat.info

10Mənbələr