Almaniya Kansleri Fridrix Merts Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı ölkəsinə səfərə dəvət edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Əhməd əl-Şaraanın dəvət edilməsində məqsəd suriyalı qaçqınların ölkələrinə repatriasiya edilməsi barədə danışıqlar aparmaqdır.
Mertsin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başa çatıb və onlara sığınacaq vermək üçün əsas yoxdur: “Biz repatriasiyaya başlaya bilərik”.
O əlavə edib ki, Almaniya rəhbərliyi ölkədə məhkumluğu olan suriyalıları deportasiya etmək niyyətindədir.
"Cebheinfo.az"