Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün 2026-cı ilin dövlət büdcəsindən 40 milyon manat subsidiya nəzərdə tutulub.
Teleqraf 2026-cı ilin büdcə zərfi layihəsinə istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nə gələn il nəzərdə tutulan subsidiya məbləği 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən metroda gediş haqqı 60 qəpik olub. Bu, ictimai nəqliyyatın qiymətində 20 faiz artım deməkdir. O zaman da artımın səbəbi kimi, metro stansiyalarda aparılan təmir işləri, sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması göstərilirdi.