AZ

İran səfiri Naxçıvanda

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
10
xalqqazeti.az

10Mənbələr