Sənəddə qeyd olunur: "Rusiya-Çin münasibətləri blok və ya qarşıdurma xarakteri daşımır və üçüncü ölkələrə qarşı yönəlməyib. Əbədi mehriban qonşuluq, dostluq, hərtərəfli strateji əməkdaşlıq, qarşılıqlı fayda və ikitərəfli qazanc ruhunda, bir-birini prioritet tərəfdaş kimi qəbul edən Tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və xarici çağırışlara lazımi şəkildə cavab verməyə davam edəcəklər."
Vurğulanır ki, Rusiya və Çin daha ədalətli çoxqütblü dünya nizamının formalaşmasına töhfə verməyə, habelə əsas maraqlarına toxunan məsələlərdə bir-birilərinə möhkəm qarşılıqlı dəstək göstərməyə davam edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31