AZ

Baş məşqçi oyun vaxtı dünyasını dəyişdi

BAKI, 4 noyabr. TELEQRAF

Serbiyanın "Radniçki" klubunun baş məşqçisi Mladen Jijoviç ötən gün Serbiya çempionatı oyununda qəfil dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, 44 yaşlı mütəxəssis XIV turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçın 24-cü dəqiqəsində özünü pis hiss edərək huşunu itirib.

Qarşılaşma 41-ci dəqiqədə dayandırılıb, daha sonra məşqçinin ölüm xəbərini elan edib. Jijoviç ölümündən əvvəl ürəkbulanmasından şikayətlənmiş, lakin bu, ciddi qəbul edilməmişdi. Şahidlərin sözlərinə görə, stadionda növbə çəkən tibb işçiləri hadisə yerinə çatanda onun dərisinin rəngi artıq göyərmiş və qaralmış olub.

Jijoviç ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb. İlkin ehtimallara görə 44 yaşlı baş məşqçi ürəktutmasından keçinib.

Qeyd edək ki, Jijoviç "Radniçki"yə oktyabrın 23-də baş məşqçi təyin olunub. O, əvvəllər Bosniyanın "Borats" və Şimali Makedoniyanın "Şkupi" klublarında çalışıb, futbolçu kimi isə Bosniya və Herseqovina yığmasında 2 oyun keçirib. 2008-ci ildə baş tutan bu matçlardan biri Azərbaycana qarşı olub. O zaman Berti Foqtsun rəhbərlik etdiyi millimizdə Rəşad Sadıqov, Samir Abasov, Elmar Baxşiyev, Ruslan Əmircanov və hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan başqa keçmiş futbolçular çıxış edib.

Seçilən
42
teleqraf.com

1Mənbələr