AZ

Son 5 ildə ailə məsələlərini tənzimləyən 3 qanun qəbul olunub, 3 dövlət proqramı icra edilib

BAKI, 4 noyabr. TELEQRAF

2020-2025-ci illər ərzində 3 qanun, 17 qayda qəbul olunub, 7 qanunvericiliyə dəyişikıik edilib, həmçinin 3 dövlət proqramı icra edilib.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dövlət Komitəsi qanunvericilik sahəsində ciddi islahatların aparılmasına böyük töhfə verib:

“Son 5 ildə qanunvericilik bazasına diqqət yetirmişik. Qanunla bağlı təkmilləşmələr dəyişikliklər edilib. Dəyişikliklərin əsasında ailə münasibətləri yalnız hüquqi prizmadan deyil, həm də sosial-ictimai baxımdan diqqətdə saxlanılır”.

Seçilən
58
teleqraf.com

1Mənbələr