Bu gün Azərbaycanın futzal və voleybol milliləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayacaqlar.
QOL.az xəbər verir ki, qadınlardan ibarət voleybol yığmamız ilk görüşündə İran ilə üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.
Futzal millimiz isə A qrupunda Liviya ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.