Noyabrın 8-də Bakıda - Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş hərbi parad təşkil olunacaq.
Zəfər Gününə həsr olunacaq hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib.
Xatırladaq ki, Azadlıq meydanında sonuncu parad 2020-ci il dekabrın 10-da Vətən müharibəsindəki Zəfərin şərəfinə keçirilib.
2023-cü il noyabrın 8-də isə Zəfər paradı Xankəndi şəhərində təşkil olunub.
Bəs budəfki Zəfər paradının apaıcısı kim olacaq?
Modern.az saytının bununla bağlı müvafiq qurumlara ünvanladığı sual hələ ki cavabsız qalıb.
Saytımızın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, 8 noyabr tarixli hərbi parada uzun illərdir dövlət mərasimlərində uzun illər mikrofon arxasında olan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani aparıcılıq edəcək.
Qeyd edək ki, 2023-cü il noyabrın 8-də Zəfərin 3-cü ildönümü münasibətilə Xankəndi şəhərində təşkil edilən hərbi parada da polkovnik Abdulla Qurbani aparıcılıq edib.
2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş paradın aparıcı da Abdulla Qurbani olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta