AZ

Zəfər paradının aparıcısı kim olacaq?

Noyabrın 8-də Bakıda – Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş hərbi parad təşkil olunacaq.

Zəfər Gününə həsr olunacaq hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib.

KONKRET.az xəbər verir ki, Azadlıq meydanında sonuncu parad 2020-ci il dekabrın 10-da Vətən müharibəsindəki Zəfərin şərəfinə keçirilib.

2023-cü il noyabrın 8-də isə Zəfər paradı Xankəndi şəhərində təşkil olunub.

Bəs budəfki Zəfər paradının aparıcısı kim olacaq?

Modern.az saytının bununla bağlı müvafiq qurumlara ünvanladığı sual hələ ki cavabsız qalıb.

8 noyabr tarixli hərbi parada uzun illərdir dövlət mərasimlərində mikrofon arxasında olan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani aparıcılıq edə bilərmi?

Abdulla Qurbani ilə əlaqə saxlanılıb. 69 yaşlı polkovnik əməkdaşımıza bildirib ki, səhhətilə əlaqədar budəfəki parada aparıcılıq etməyəcək. O, paradın aparıcısının kim olacağı barədə məlumata malik olmadığını deyib.

Qeyd edək ki, 2023-cü il noyabrın 8-də Zəfərin 3-cü ildönümü münasibətilə Xankəndi şəhərində təşkil edilən hərbi parada polkovnik Abdulla Qurbani aparıcılıq edib.

2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş paradın aparıcısı da Abdulla Qurbani olub.

Seçilən
8
8
konkret.az

9Mənbələr