AZ

KXDR Pentaqon rəhbərinin sərhəd səfəri zamanı təxminən 10 raket atıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Koreya Silahlı Qüvvələri Pentaqon rəhbəri Pit Hegsetin Koreya Xalq Demokratik Respublikasının (KXDR) və Cənubi Koreyanın sərhədində yerləşən hərbisizləşdirilmiş zonaya gəlişindən təxminən bir saat əvvəl Sarı dəniz istiqamətində reaktiv yaylım atəş sistemlərindən (RYAS) təxminən 10 raket buraxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

3 noyabrda Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri 2017-ci ildən bəri ilk dəfə birlikdə hərbisizləşdirilmiş zonanı ziyarət ediblər. Raket buraxılışı yerli vaxtla saat 16:00-da (10:00) qeydə alınıb.

Seul tərəfi həmçinin bildirib ki, Şimali Koreya Silahlı Qüvvələri 1 noyabrda yerli vaxtla saat 15:00 radələrində də təxminən 10 raket buraxıb. Həmin vaxt Cənubi Koreyanın Kyondju şəhərində Cənubi Koreya və Çin liderlərinin sammiti keçirilirdi.

Cənubi Koreya prezident administrasiyası sammit ərəfəsində bildirmişdi ki, Koreya yarımadasının denuklearizasiyası iki ölkə liderlərinin müzakirə mövzularından biri ola bilər.

“Ordumuz Şimali Koreyanın fəaliyyətlərini diqqətlə izləyir və Cənubi Koreya ilə ABŞ-ın yüksək birgə döyüş hazırlığını qoruyur”, – deyə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildirilib.

"Yonhap" agentliyi qeyd edir ki, RYAS-dan buraxılan raketlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
icma.az

1Mənbələr