AZ

KİV: Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini Ağ Evdə qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl-Saudu Ağ Evdə qəbul edəcək.

APA xəbər verir ki, bu barədə noyabrın 3-də Reuters agentliyi Vaşinqton administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Rəsmi Ağ Ev hələlik səfərlə bağlı açıqlama verməyib. Agentlik əlavə təfərrüatlar barədə məlumat paylaşmayıb.

Seçilən
52
1
apa.az

2Mənbələr