AZ

Əsir düşən şimali koreyalı əsgərlər Cənubi Koreyadan sığınacaq istədi

Ukraynada əsir düşən iki şimali koreyalı əsgər vətənə qayıtmaqdan imtina edərək Cənubi Koreyadan sığınacaq istəyib.

Musavat.com xəbər verir ki, bu barədə qaçqınlara yardım edən beynəlxalq təşkilatın direktoru AFP agentliyinə məlumat verib.

Məlumata görə, Seul rəhbərliyi artıq bu xəbəri təsdiqləyib. Cənubi Koreya Konstitusiyasına əsasən, Şimali Koreya vətəndaşları — hətta Rusiyanın tərəfində döyüşsələr belə — Koreya Respublikasının vətəndaşı hesab olunur.

Mütəxəssislər bildirirlər ki, bu əsgərlər üçün vətənə qayıdış faktiki olaraq ölüm hökmü deməkdir. Cənubi Koreya deputatlarının sözlərinə görə, Pxenyan rəhbərliyi döyüşçülərə “əsir düşməkdənsə, intihar edin” əmri verib.

Hadisə beynəlxalq miqyasda böyük rezonans doğurub və Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığının miqyasını bir daha gündəmə gətirib. 

 

Musavat.com

Seçilən
20
18
musavat.com

10Mənbələr