AZ

ABŞ-dən İraqa: Bu son xəbərdarlıqdır...

Pentaqon rəhbəri İraqın müdafiə nazirinə bildirib ki, bu, Bağdad üçün “sonuncu xəbərdarlıq” sayılır…

Poliqon xəbər verir ki, ABŞ İraq hökumətinə və ölkədəki silahlı qruplara qarşı kəskin xəbərdarlıq edib. Vaşinqtonun mesajında vurğulanır ki, İraqın yaxınlığında planlaşdırılan ABŞ hərbi əməliyyatlarına yerli silahlı qrupların hər hansı müdaxiləsi yolverilməzdir.

İraqın müdafiə naziri Sabit əl-Abbasi bəyan edib ki, ABŞ müdafiə naziri Pit Heqset bu mövqeni gərgin telefon danışığı zamanı ona şəxsən çatdırıb. Hegqset sözügedən söhbətdə bildirib ki, bu, “İraq üçün sonuncu xəbərdarlıqdır” və Vaşinqton ABŞ qüvvələrinin təhlükəsizliyinə təhdid yaradan hər hansı hücumu cavabsız qoymayacaq.

Mənbələrin məlumatına görə, xəbərdarlıq bölgədəki vəziyyətin gərginləşməsi fonunda verilib. Son günlərdə İranla əlaqəli bəzi iraqlı silahlı qrupların ABŞ-nin bölgədəki hərbi obyektlərinə qarşı təxribat ehtimalı artıb. Vaşinqton isə bu halların qarşısını almaq üçün diplomatik və hərbi kanallar vasitəsilə Bağdada təzyiq göstərir.

Analitiklərin fikrincə, ABŞ-ın bu addımı regionda hərbi əməliyyatların genişlənməsi riskinin artdığını göstərir və İraq hökumətindən daxili sabitliyi qorumaq istiqamətində konkret addımlar tələb edir.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr