ain.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 3 noyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində dağıntılar altında qalan işçinin axtarışları aparılır.
AZƏRTAC xəbər verir ki, mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatını davam etdirir. Çökmə nəticəsində dağıntıları altında qalan 66 yaşlı rumıniyalı işçini xilas etmək üçün zamana qarşı yarış aparılır. Xilasedicilər işçi ilə səsli əlaqə saxlaya biliblər.
Tikilinin tamamilə çökmə riskinin son dərəcə yüksəkdir. Hadisə ilə bağlı cinayət işi açılıb.
IX əsrin əvvəllərində inşa edilən tikilinin bir hissəsi təmir-bərpa işləri aparılan zaman uçub. Bu zaman 4 nəfər xəsarət alıb. Daha sonra xilasetmə əməliyyatı zamanı tikilinin digər hissəsi də çöküb. Dağıntılar altından iki nəfər sağ çıxarılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.