AZ

Pioli "Fiorentina"dan GÖNDƏRİLİR

“Fiorentina”nın baş məşqçisi Stefano Piolinin istefaya göndəriləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

Florensiya təmsilçisi A Seriyasında 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla 19-cu pillədə qərarlaşıb. 60 yaşlı mütəxəssisi bu vəzifədə Paolo Vanoli əvəzləyə bilər.


Qeyd edək ki, 2017-ci ildən 2019-cu ilədək “Fiorentina”nın baş məşqçisi olan Pioli yayda komandaya qayıdıb.

Bizim.Media

Seçilən
19
4
bizim.media

7Mənbələr