AZ

Pioli "Fiorentina"dan göndərilir

style='margin-bottom:10px;'>

“Fiorentina”nın baş məşqçisi Stefano Piolinin istefaya göndəriləcəyi gözlənilir.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Florensiya təmsilçisi A Seriyasında 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla 19-cu pillədə qərarlaşıb. 60 yaşlı mütəxəssisi bu vəzifədə Paolo Vanoli əvəzləyə bilər.

Qeyd edək ki, 2017-ci ildən 2019-cu ilədək “Fiorentina”nın baş məşqçisi olan Pioli yayda komandaya qayıdıb.

Seçilən
24
3
teleqraf.com

7Mənbələr