AZ

O hadisə baş verməsəydi, bu gün İran olmayacaqdı Xomeynidən şok açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran inqilabının banisi Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni bu gün Behişti Universitetində ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edib.

Globalinfo.az xəbər verir ki, o, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işğalını təşkil edən hadisələrin İslam Respublikasının mövcudluğunda həlledici rol oynadığını bildirib.

“Əgər ABŞ səfirliyi ələ keçirilməsəydi, bu gün İslam Respublikası mövcud olmazdı. Olardısa belə, raketlərimiz və atom enerjimiz də olmazdı”, – Əli Xomeyni söyləyib.

O, həmçinin həmin əməliyyatın praktik mesajının ABŞ-ın “yeganə qərar qəbul edən” olmadığını nümayiş etdirmək olduğunu vurğulayıb.

Əli Xomeyni çıxışında əlavə edib ki, bölgədə heç bir ölkənin özünü müdafiə etmək hüququnun olmaması barədə düşüncə yanlışdır və ABŞ bu hüququ məhdudlaşdırmağa çalışır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
globalinfo.az

1Mənbələr