AZ

Mən günahsızam, o piyadanı başqa maşın vurub tulladı mənim önümə AZƏR MAQSUDOV VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Son günlər ölkədə baş verən yol-nəqliyyat hadisələri arasında ən çox rezonans doğuran ölkənin baş toksikoloqu Azər Maqsudovla bağlıdır.

Avtosfer.az xəbər verir ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi 90-DR-808 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə qəza törədib. Belə ki, o Şağan istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Piyada yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Hadisədən sonra Azər Maqsudovdan ölən şəxsin qohumları yüksək məbləğdə təzminat tələb edib. Məhkəmədə toksikoloqun dediklərinə əsasən, Arif Acaloğlunun ailə üzvləri əvvəlcə ondan 400 min manat, daha sonra 250 min manat tələb edib. Azər Maqsudov isə 50 min civarında bir məbləğə gücü çatdığını bildirib. Məsələ ilə bağlı baş toksikoloqla əlaqə saxladıq. Azər Maqsudov Avtosfer.az saytına açıqlamasında bildirdi ki, hadisə gecə saatlarında baş verdiyi üçün piyadanı görməyib:

“Digər tərəfdən, orada piyada keçidi yox idi. O yolda sürət limiti 90 kilometr-saatdır, mən də 80-lə 5-ci zolaqla gedirdim. Piyada da içkili halda yolu keçirdi. Sağdan keçən maşınlar onu görürdü, mənim üçün isə 5-ci zolaqda onu görmək çətin idi. Həm də ki, kimin ağlına gələr ki, sən gecə saatlarında içkili halda o sürətli yolu keçməyə çalışarsan? Hadisə baş verən kimi onu apardım xəstəxanaya. Orda da nəsə etmək mümkün olmadı, Arif Acaloğlu da rəhmətə getdi. Ondan sonra da bu söz-söhbət başladı və 2 ildir davam edir”.

Azər Maqsudov deyir ki, məndən pul tələb edən mərhumun həyat yoldaşıdır.

“Təzəlikcə 150 minə qədər məbləği düşürdülər. 2 ədəd ikiotaqlı ev istədilər, əlavə də məbləğ və sairə. Çox vicdansızca bazarlıq edirlər. Əvvəl deyirdilər ki, mənim heç bir günahım yoxdur. Sonra da belə oldu. Biz 50 min manat barışıq üçün təklif elədik. Baxmayaraq ki, mənim hadisədə heç bir günahım yoxdur. Mən əslində onu maşınla vurmamışam, o bir başqa avtomobilə çırpılıb mənim maşınımın yanına dəyib”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
avtosfer.az

1Mənbələr