AZ

Medvedev ABŞ-ni təhqir etdi – “Sarsılmaz azad Pindostan…”

Qərb Ukraynanı maliyyələşdirməyə davam etməklə onun vəziyyətini daha da pisləşdirir.

NOCOMMENT.az xəbər verir ki, bu iddianı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

Onun hesablamalarına görə, Rusiya işğalının əvvəlindən bu məqsədlər üçün artıq 500 milyard avro xərclənib. “Bu, hədsiz, kritik dərəcədə yüksək məbləğdir. Bu pula yeni, neytral və çiçəklənən Ukrayna tikmək olardı. Qismət deyilmiş”, – Medvedev vurğulayıb.

O, qeyd edib ki, ABŞ-ni təhqirmiz şəkildə “Pindostan” adlandırıb: “Sarsılmaz azad Pindostan 2001 – 2021-ci illər arasında Əfqanıstanda hakimiyyətini “Taliban”dan “Taliban”a ötürmək üçün 2,3 trilyon dollar xərcləyib”.

Medvedev iddia edib ki, Qərb dünyası Ukraynanı dəstəkləməyə nə qədər çox pul xərcləsə, onun hazırkı hakimiyyətinin “sonu bir o qədər dəhşətli olacaq” və Rusiya bir o qədər çox ərazi qazanacaq.

“Hər şey ABŞ-nin Əfqanıstanda etdiyi kimi olacaq”, – Medveden səbəbini açıqlamadan əmin edib.

Pentaqon 2024-cü ilin noyabrında Rusiyanın 2022-ci il 24 fevral hücumundan sonra ABŞ Konqresinin Ukraynaya ayırdığı maliyyə yardımının ümumi məbləğinin 182 milyard dolları keçdiyini bildirmişdi. Bunun 65,9 milyard dolları silah tədarükünə xərclənmişdi.

2025-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirmişdi ki, Avropa İttifaqı müharibə zamanı Ukraynaya dəstək üçün təxminən 165 milyard avro ayırıb. Böyük Britaniya eyni məqsəd üçün 10,36 milyard avro (11,8 milyard dollar) xərcləyib.

Beləliklə, ümumilikdə Qərb ölkələri Ukraynaya yardım üçün 371 milyard dollardan çox vəsait xərcləyib.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli məmuru “Reuters” agentliyinə bildirib ki, Təkcə Ukrayna ilə müharibənin ilk iki ili Rusiyaya 211 milyard dollara (19,5 trilyon rubl) başa gəlib.

“The Moscow Times” yazır ki, növbəti üç il üçün Rusiya büdcəsində hərbi xərclər prioritet olaraq qalır. Qanun layihəsinə verilən izahat qeydinə əsasən, 2026-2028-ci illərdə hökumət hərbi və silah tədarükünə əlavə olaraq 39,543 trilyon rubl və ya 477 milyard dollar xərcləyəcək.

Xatirə SADİQ

Seçilən
55
nocomment.az

1Mənbələr