Avqustun 8-dən sonra Azərbaycanın ritorikasının kəskin şəkildə dəyişməsi və bunun sərhəddə də özünü göstərməsi faktdır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlayıb.
Onun sözlərinə görə, 8 avqust mühüm hadisədir: "Biz de-fakto sülhdən danışırıq".
O, həmçinin qeyd edib ki, sülh sazişi sənədinin yekun imzalanması üçün konkret tarix deyə bilməz.
Ağarza Elçinoğlu