AZ

İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib (FOTO)

Bakı. Trend:

27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi vərəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycandazubrların reintroduksiyası” proqramı üzrə “Zubrları təbiətimizəqaytaraq!” adlı növbəti düşərgə təşkil olunub.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu,Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyivə Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişafMərkəzi tərəfindən keçirilən düşərgəyə İsmayıllı rayonundanümumilikdə 52 məktəbli qoşulub.

“Zubrları təbiətimizə qaytaraq!” düşərgəsinin əsas məqsəditəbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasınınvacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitinqorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətəqayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinəreintroduksiyası ilə bağlı proqram çərçivəsində IDEA İctimaiBirliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii SərvətlərNazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə genişmühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilinsonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinəreintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Beləki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibatiərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, oradaonların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşaedilib.

2019–2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniyazooparklarından ümumilikdə 46 baş zubr gətirilib. Hazırda parkdazubrların populyasiyası 68 başa çatıb.

İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
Məqalədə:
Seçilən
27
6
az.trend.az

7Mənbələr