AZ

Ermənistan silah tədarükündə Azərbaycanla Vaşinqton razılaşmalarını nəzərə alacaq

"Ermənistan silah və hərbi texnika satın almağa davam edəcək, lakin o, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzaladığı Bəyannaməni nəzərə almaya bilməz".

Moderator.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə bəyan edib.

Bununla da nazir, görünür, ölkənin hərbi-texniki siyasətinin yenidən nəzərdən keçiriləcəyinə işarə edib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında ABŞ-də əldə olunmuş razılaşmalar mühüm məqamdır və bunların öz nəticələri olacaq.

Seçilən
51
1
moderator.az

2Mənbələr