AZ

Zəfər ideologiyası və qalib xalqın gələcəyə baxışı

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəfvə milli kimlik günü kimi əbədiləşib. Bu Zəfər təkcə hərbimüstəvidə qazanılmış uğur deyil, həm də dövlətin və xalqınbirliyinin, milli iradənin və əzminin nəticəsidir. Zəfərin memarıPrezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan milli ideologiyamüasir Azərbaycan dövlətinin mənəvi dayağına çevrilib. Buideologiya xalqın öz gücünə inamını, dövlətə sədaqətini və gələcəyəinamını daha da möhkəmləndirir. Zəfər ideologiyası – millimüstəqilliyin, ərazi bütövlüyünün, suverenliyin qorunması və millidəyərlərin ucaldılması prinsipinə əsaslanır. Bu ideologiyanınmərkəzində Prezident İlham Əliyevin müəyyən etdiyi üç əsas sütundayanır: güclü dövlət, güclü ordu və güclü xalq birliyi.Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə buideoloji sistemin reallığa çevrilmiş modelidir. Prezident İlhamƏliyevin dəfələrlə vurğuladığı kimi, “biz bu qələbəni xalqımızınbirliyi, ordumuzun qəhrəmanlığı və dövlətimizin iradəsi hesabınaqazandıq”. Bu sözlər həm Zəfərin fəlsəfəsini, həm də gələcəkinkişaf strategiyasını müəyyənləşdirir. Zəfər ideologiyası təkcəkeçmişin qələbəsini xatırlatmır, həm də gələcəyə yönəlmiş millidüşüncə modelidir. O, hər bir azərbaycanlının qəlbində vətənəsevgi, milli kimliyə hörmət və dövlətə sədaqət hisslərini daha dadərinləşdirir. Zəfər ideologiyasının ən mühüm dayaqlarından birixalqın birliyidir. 44 günlük Vətən müharibəsi göstərdi ki,Azərbaycan xalqı qarşısına qoyduğu məqsəd uğrunda dəmir iradə iləbirləşəndə heç bir qüvvə onu dayandıra bilmir. Prezident İlhamƏliyevin “dəmir yumruq” ifadəsi bu birliyin simvoluna çevrildi. Bu,həm siyasi, həm mənəvi, həm də ideoloji baxımdan dövlətin və xalqınbir məqsəd uğrunda səfərbərliyini ifadə etdi. Müharibə dövründə hərbir azərbaycanlı öz sahəsində vətənpərvərlik nümunəsi göstərdi –döyüş meydanında əsgər, informasiya cəbhəsində jurnalist,diplomatik arenada təmsilçi, arxa cəbhədə isə xalq dəstəkçisi kimi.Bu milli birliyin nəticəsində yaranan ideoloji yüksəliş bu gün dədavam edir. Zəfər ideologiyası Azərbaycan gəncliyinin tərbiyəsindəəsas istiqamətə çevrilib. Gənclər artıq qalib xalqın nümayəndəsiolmaqdan qürur duyur, Vətənə xidmət etməyi şərəf hesab edirlər.Prezident İlham Əliyev Zəfəri yalnız hərbi qələbə kimi deyil, həmdə milli dirçəlişin simvolu kimi dəyərləndirir. Onun “QarabağAzərbaycandır!” çağırışı qısa müddətdə xalqın mənəvi birliyinitəmin etdi və milli ideologiyanın aparıcı xəttinə çevrildi. Təhsilsistemində vətənpərvərlik fənlərinin gücləndirilməsi, mədəniyyətlayihələrində şəhidlərin və qazilərin qəhrəmanlığının tərənnümü,media məkanında milli birliyə xidmət edən məzmunun artırılması buideologiyanın təzahür formalarıdır. Zəfərin ideoloji gücü bu günQarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəngbərpa-quruculuq işlərində özünü göstərir. Prezident İlham Əliyev buprosesi “Böyük Qayıdış” adlandıraraq, Zəfəri sülh, inkişaf vətərəqqi mərhələsinə çevirdi. Füzuli, Zəngilan, Cəbrayıl, Laçın vəKəlbəcərdə salınan yeni şəhərlər, inşa edilən hava limanları,yollar və enerji layihələri Zəfərin iqtisadi və sosial məzmununungöstəricisidir. Dövlət başçısının dediyi kimi, “biz yalnıztorpaqlarımızı azad etmədik, biz bu torpaqlarda yeni həyat, yenigələcək qururuq”. Bu siyasət Zəfər ideologiyasının praktikitəcəssümüdür: qalib xalq keçmişi unutmur, amma gələcəyə nikbinlikləbaxır, Zəfəri daimi inkişafa çevirir. Zəfər ideologiyası mədəniyyətmüstəvisində də öz təsirini göstərir. Qalib dövlət kimi Azərbaycanbu gün Qarabağda milli-mənəvi dəyərlərin bərpasını prioritetəçevirib. Şuşanın 2023-cü ildə “İslam dünyasının mədəni paytaxtı”elan olunması, orada keçirilən beynəlxalq tədbirlər Zəfərin mədənidiplomatiya sahəsində də davam etdiyini sübut edir. Şəhidlərə həsrolunan abidələr, Zəfər parkları, Vətən müharibəsi memorialkompleksləri xalqın qəhrəmanlıq irsini əbədiləşdirir. Bu abidələrsadəcə xatirə deyil, həm də gələcək nəsillərə vətənpərvərlikdərsidir. Zəfər ideologiyasının əsas məqsədi məhz bu yaddaşıqorumaq, gələcək nəsillərə “qalib xalq” düşüncəsini ötürməkdir.Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanıngələcəyi və gücü onun gəncliyindədir. Qalib xalqın gəncliyi artıqbaşqa düşüncə ilə yetişir – onlar müstəqil, qürurlu və vətənpərvərruhda formalaşırlar. Zəfər ideologiyası bu gün məktəblərdə,universitetlərdə, mədəni tədbirlərdə, könüllü hərəkatlarda özəksini tapır. Gənclər yalnız keçmişin qəhrəmanlığını xatırlamır,həm də gələcəyin qurucuları kimi fəaliyyət göstərirlər. Gənclərsiyasətinin əsas istiqamətlərindən biri vətənə sədaqət, dövlətəetimad və müasir dünyada milli kimliyini qorumaq bacarığıdır. Bu,Zəfər ideologiyasının gələcəyə yönəlmiş əsas missiyasıdır.Azərbaycanın qazandığı Zəfər regionda və dünyada yeni geosiyasireallıqlar yaradıb. Prezident İlham Əliyevin liderliyi iləformalaşan “sülh və əməkdaşlıq platforması” Qafqazda sabitliyinəsas dayağına çevrilib. Bu gün Azərbaycan yalnız qalib dövlət kimideyil, həm də beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, sülhtəşəbbüslərinin aparıcısı kimi qəbul olunur. Bu, Zəfərideologiyasının qlobal ölçüsüdür — ədalət və beynəlxalq hüquqüzərində qurulmuş güc siyasəti. Prezident İlham Əliyevin “bizmüharibəni ədalət uğrunda apardıq, sülhü də ədalət üzərindəqururuq” fikri Azərbaycanın yeni dövr diplomatiyasının və Zəfərideologiyasının əsas fəlsəfəsidir. Zəfər ideologiyası bu günAzərbaycan dövlətinin milli inkişaf modelinin mənəvi əsasını təşkiledir. Bu ideologiya xalqın qələbəyə inamını, milli birliyini vədövlətə sədaqətini möhkəmləndirir. 8 Noyabr Zəfər Günü təkcəqazanılmış bir müharibənin xatirəsi deyil, həm də qalib xalqıngələcək hədəflərinin təməlidir. Prezident İlham Əliyevin rəhbərliyiilə formalaşan bu ideologiya Azərbaycanın müasir tarixində millikimliyin, vətənpərvərlik ruhunun və dövlət müstəqilliyininəbədiliyini təmin edən ən güclü ideoloji dayaqlardan biridir. Bugün Azərbaycan xalqı inamla deyir: “Biz qalib xalqıq, bu Zəfəriqoruyacaq və gələcək nəsillərə əbədi miras kimi ötürəcəyik!”

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr