AZ

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.

DSX-nin Mətbuat mərkəzindən Ekologiya.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları olan Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ruhid Murtuza oğlu Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Xanhüseyn oğlu Həsənov və 1974-cü il təvəllüdlü Arif Sürət oğlu Həsənov sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Seçilən
12
34
ekologiya.az

10Mənbələr