Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.
DSX-nin Mətbuat mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları olan Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ruhid Murtuza oğlu Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Xanhüseyn oğlu Həsənov və 1974-cü il təvəllüdlü Arif Sürət oğlu Həsənov sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.