Moskva "Spartak"ı baş məşqçi postuna Stiven Cerrardı gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, ingilis mütəxəssis isə Rusiya klubunun təklifini 2-ci dəfə rədd edib.

Bu barədə "Sport Ekspress" məlumat yayıb.

O, müharibə şəraitinə görə Rusiyada çalışmağı düşünmür.

Qeyd edək ki, Cerrard son olaraq Səudiyyə Ərəbistanın "Əl-İttifaq" klubunu çalışdırıb. O, bu ilin yanvarından işsizdir.