AZ

Stubbdan Trampa və Putinə görüş təklifi

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az Finlandiyanın “Yle” portalına istinadən xəbər verir ki, Aleksandr Stubb Müdafiə üzrə Milli kursların açılışı mərasimində belə deyib. O, noyabrda Yohannesburqda keçiriləcək G20 sammitində ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında yeni danışıqların aparılmasını təklif edib. “Rusiyanın müharibəsi davam edir, Helsinki isə Kiyevi dəstəkləməkdə davam edir. Ukraynanı dəstəkləməklə biz çox şey qazanırıq. Ukraynanın müasir müharibənin xüsusiyyətlərini başa düşməsi bizə çox şey verir”, - Finlandiya prezidenti vurğulayıb. Aleksandr Stubb nüvə silahı məsələlərinə də diqqət yetirib. Onun szölərinə görə, dünya yeni nüvə erasına qədəm qoyub. Təəssüf ki, bəşəriyyət nüvə silahının əhəmiyyətinin getdikcə artdığı bir dövrə girdi. Finlandiya lideri Donald Trampın Rusiya və Şimali Koreyanın hərəkətlərinə cavab olaraq nüvə silahı sınaqlarına dair göstəriş verdiyini və NATO-nun bu yaxınlarda illik hərbi təlimlər keçirdiyini xatırladıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
azvision.az

1Mənbələr