ABŞ ordusu 20 il əvvəl bağlanmış Karib dənizindəki Ruzvelt Yolları Dəniz Stansiyasını modernləşdirir. Bu barədə ərazinin peyk görüntülərini təhlil edən Reuters məlumat verib. Agentliyin iddiasına görə, görüntülərdə işçilərin uçuş-enmə zolağına aparan taksi yollarını təmizlədiyi və yenidən düzəlddiyi görünür. Eyni zamanda, ABŞ həmçinin Venesueladan təxminən 800 kilometr məsafədə yerləşən Puerto Riko və Sent-Krua adasındakı mülki hava limanlarında obyektlər tikir və modernləşdirir.
Reuters-ə bildiriblər ki, bu tikinti Venesuelada əməliyyatlara hazırlıqları göstərə bilər. Analitik Kristofer Hernandez-Roy bildirib: "Mənim fikrimcə, bütün bu hərəkətlər Maduro rejimini və onun generallarını qorxutmaq məqsədi daşıyır, çünki bu, sistemdə çatlar yaradacaq".
Agentlik qeyd edir ki, ABŞ-ın regiondakı hazırkı hərbi kontingenti 1994-cü ildən bəri ən böyükdür, o zaman Vaşinqton Demokratiyaya Dəstək Əməliyyatı çərçivəsində Haitiyə iki təyyarədaşıyan gəmi və 20.000-dən çox əsgər göndərib. O dövrdə ABŞ qüvvələri hərbi xunta tərəfindən devrilmiş qanuni prezident Jan-Bertrand Aristideni bərpa etmək üçün çalışırdı. Bu əməliyyat uğurlu alındı.
Əziz Mustafa