AZ

“Tut” restoranında məhsul nümunəsində uyğunsuzluq aşkarlanıb

Bakı. Trend:

“Tut” restoranında məhsul nümunəsində uyğunsuzluqaşkarlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Nizamirayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm”MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları yoxlama keçirib.

Baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt”salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutununmüvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coligöstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğunolmayıb.

Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltılarınemalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.

Məqalədə:
Seçilən
40
7
az.trend.az

10Mənbələr