AZ

Azərbaycan–Qırğız İnkişaf Fondu investisiya layihələrinə 14,4 milyon dollar maliyyə ayırıb

Bakı. Trend:

Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti çərçivəsindəikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və yenilayihələrin reallaşdırılması istiqamətində işlər müzakirəedilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, iqtisadiyyat nazirinin birinci müavini,Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur ƏliyeviQırğız Respublikasına səfər edib. Səfər çərçivəsindəAzərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclası keçirilib.Tədbirdə hər iki tərəfdən Fondun Şurasının üzvləri və İdarəHeyətinin həmsədrləri iştirak ediblər.

Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki,dövlətlərimizin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığıngücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurladavam etdirilir.

Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq vəiqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir.Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələrikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımındanmühüm əhəmiyyət kəsb edir,

Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər,xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrəgenişlənir. 2024-cü il 24 aprel tarixində Qırğız RespublikasınınPrezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanıimzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondununnizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılmasınəzərdə tutulur.

Hazırda Fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyəayırıb. Bunlar 9 MVt gücündə “Tyup HES” kiçik su elektrikstansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilindəçoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və“Orion Grand” kovrolin istehsalı zavodu layihələridir.

İclasda gündəlikdə duran məsələlər, Fondun fəaliyyətinitənzimləyən sənədlər və reallaşdırılacaq layihələr müzakirəolunub.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Azərbaycan–Qırğız İnkişaf Fondunun maliyyə dəstəyi iləhəyata keçirilən layihələrlə yerində tanış olub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfərçərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiyanaziri Bakıt Sıdıkovla görüşüb. Görüşdə iki ölkə arasında iqtisadiəməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinininkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan vəQırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıqsəviyyəsinə çatıb və iqtisadi əlaqələr bu əməkdaşlığın mühümistiqamətini təşkil edir. Azərbaycan–Qırğız İnkişaf Fondununfəaliyyəti və həyata keçirilən layihələrin tərəfdaşlığımızınmöhkəmlənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. Sənaye,turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha dadərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiyaaxınlarının stimullaşdırılması, sənaye kooperasiyası və qarşılıqlımaraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
39
15
az.trend.az

10Mənbələr