AZ

Ərdoğan: İsrail Qəzzada humanitar yardımın qarşısını almaq üçün əlindən gələni edir

ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasına və bölgədə yenidənqurma prosesinin başlanmasına mane olur.

“İsraildə atəşkəs razılaşmasından bəri 200-dən çox günahsız insanın ölümünə səbəb olan, müxtəlif bəhanələrin arxasında gizlənən və işğalını davam etdirən bir administrasiya ilə qarşılaşırıq. Bu hücumlar sülhə qarşı yönəlib. Lakin İsrailin bu cür hərəkətləri Fələstin məsələsinin ədalətli və davamlı həllinə doğru səylərimizə mane ola bilməz”, – Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin iclasında çıxış edərkən deyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Türkiyə lideri qeyd edib ki, “Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlanmış Qəzzanın yenidənqurma planı dərhal həyata keçirilməlidir”.

Ərdoğan həmçinin ABŞ prezidenti Donald Trampa atəşkəs rejiminin tətbiqi ilə bağlı “proaktiv mövqeyinə görə” təşəkkür edib:

“HƏMAS razılaşmaya riayət etməkdə qətiyyətli görünür. Lakin hamımız bilirik ki, İsrail bu məsələdə çox zəif tarixə malikdir.”

Türkiyə prezidenti əlavə edib ki, ərəb və müsəlman ölkələri “nə Qərb Sahilinin ilhaqına, nə də Qüdsün statusunun dəyişdirilməsinə icazə verməyəcəklər.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
operativmm.az

3Mənbələr