AZ

Ərdoğan: “İsrail Qəzzanın yenidən qurulmasına mane olur”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrailin bu cür hərəkətləri Fələstin məsələsinin ədalətli və davamlı həlli axtarışımıza heç vaxt mane olmayacaq”

“İsrail Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasına və yenidənqurma prosesinə keçidə mane olmaq üçün əlindən gələni edir”. AYNA.AZ bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İsraildə atəşkəs razılaşmasından bəri 200-dən çox günahsız insanın ölümünə səbəb olan, müxtəlif bəhanələrin arxasında gizlənən və işğalını davam etdirən bir administrasiya ilə qarşı-qarşıyayıq. Bu hücumlar sülhə qarşı yönəlib. Lakin İsrailin bu cür hərəkətləri Fələstin məsələsinin ədalətli və davamlı həlli axtarışımıza heç vaxt mane olmayacaq. Bu mərhələdə Qəzza xalqına humanitar yardımı artırmalı və sonra yenidənqurma işlərinə başlamalıyıq. İsrail hökuməti bunun qarşısını almaq üçün əlindən gələni edir", - deyə Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin iclasında çıxış edərkən bildirib.

Prezident vurğulayıb ki, "Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlanmış Qəzzanın yenidənqurma planı dərhal həyata keçirilməlidir".

"Əminəm ki, zamanla daha qətiyyətli hərəkət edəcəyik. Həmçinin ABŞ Prezidenti Donald Trampa atəşkəs rejiminin tətbiqi ilə bağlı proaktiv mövqeyinə görə səmimi təşəkkürümü bildirirəm. HƏMAS razılaşmaya riayət etməkdə qətiyyətli görünür. Lakin hamımız bilirik ki, İsrail bu məsələdə çox zəif tarixə malikdir", - deyə Türkiyə lideri bildirib.

Ərdoğan  həmçinin əlavə edib ki, ərəb və müsəlman ölkələri "nə Qərb Sahilinin ilhaqına, nə də Qüdsün statusunun dəyişdirilməsinə icazə verəcəklər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
ayna.az

3Mənbələr