“Azərsu” ASC su tariflərinin artırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qurumun mətbuat xidməti News365.az-a açıqlamasında bildirib ki, suyun qiymətində dəyişiklik məsələsi ilə bağlı hazırda hər hansı qərar və ya məlumat yoxdur.
“Hazırda suyun qiymətinin artırılması ilə bağlı heç bir rəsmi qərar mövcud deyil”, – deyə “Azərsu”dan bildirilib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə içməli su tariflərinin artacağı ilə bağlı müzakirələr gedirdi.
News365.az