Yazını böyüt 
Yazını kiçilt 
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.