BAKI, 3 noyabr. TELEQRAF
ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliyin artdığı dövrdə hər iki tərəf müəyyən qədər qeyri-rasional addımlar atıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, tərəflər bir-birinə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə ediblər.
“Onların gücü nadir torpaq metalları ilə bağlıdır və bunu bizə qarşı istifadə etdilər. Biz isə başqa vasitələrdən, xüsusilə də aviasiya ehtiyat hissələrindən yararlandıq. Onlarda yüzlərlə Boeing təyyarəsi var, biz onlara ehtiyat hissələri verməzdik. Hər iki tərəf, yəqin ki, bir qədər qeyri-rasional davrandı”, - o vurğulayıb.