ain.az, 525.az saytına istinadən bildirir.
Dünən gecə Piterborodan Kembricşirə gedən sürət qatarında kütləvi bıçaqlanma hadisəsi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis adı açıqlanmayan 2 nəfər şübhəli şəxsi saxlayıb.
Onlar bıçaqla ümumilikdə 9 nəfərə müxtəlif dərəcəli bədən xəsarətiləri yetiriblər. 2 nəfərin vəziyyəti ağırdır.
Hadisədən xəbər tutan maşinist Kembricşirdəki Hantinqdon stansiyasında qatarı məcburən dayandırmalı olub və polis çağırıb.
Qeyd edək ki, baş verənlərdən sonra vaqonların birində yaranan panika sərnişinlərin bir-birilərini tapdamaları ilə nəticələnib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.