AZ

Göygöldə ağır qəza: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Göygöl, 3 noyabr, Elcan Məmmədov AZƏRTAC

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər ölüb, 2 nəfər isə yaralanıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Seçilən
41
4
azertag.az

10Mənbələr