AZ

Göygöldə minik avtomobili aşıb 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
46
5
apa.az

10Mənbələr